Azərbaycanın İsraildəki səfiri Təl-Əvivi tərk edib

Azərbaycan Respublikasının İsraildəki səfiri Muxtar Məmmədov İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanımasının ardınca Təl-Əvivi tərk edib.

Yerusalem Post qəzetinin yaydığı məlumata görə, səfirin gedişi Gideon Saarı - qondarma “erməni soyqırımı”nın tanınması

məsələsi ilə bağlı təşəbbüsünü açıqlamasından sonraya təsadüf edib.

Mənbə səfirin İsraili tərk etdiyini bildirir, lakin hələlik əlavə təfərrüat yoxdur.

Bununla yanaşı, səfirin məsləhətləşmələr üçün geri çağırılıb-çağırılmadığı da açıqlanmayıb. Rəsmi Bakı hələ ki, bu barədə hər hansı bir məlumat verməyib.