Müctəba Xamenei yeni cəbhələr açıla bilmə mesajı verdi

Müctəba Xameneinin rəsmi Telegram hesabında mümkün müharibə ilə bağlı mesaj dərc edilib.

Mesajda deyilirdi: "Düşmənin həssas və təcrübəsiz olacağı cəbhələrin açılması üzərində iş aparılıb. Müharibə vəziyyəti davam edərsə, maraqlar nəzərə alınmaqla bu digər cəbhələr də açılacaq."

ABŞ prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) liderlərinin xahişi ilə "İrana qarşı sabah planlaşdırılan hərbi hücumun təxirə salındığını" bildirmişdi.