Rusiyanın Kiyevə hücumu nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb

Rusiyanın gecə hücumu nəticəsində Kiyevdə beş nəfərin öldüyü məlumdur.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyevdə 40-a yaxın insan yaralanıb.

“Hazırda Kiyevin Darnitski rayonunda axtarış-xilasetmə əməliyyatı davam edir, 10-dan çox insan itkin düşmüş sayılır”, - Zelenski yazıb.

Zelenski bildirib ki, bütün bu hücumlara ədalətli cavab veriləcək. O, bütün dünyanı Moskvaya təzyiq göstərməyə və Ukraynanın tərəfində dayanmağa çağırıb.