Ermənistan millisi yenə məğlub oldu

2027-ci il UEFA 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanın gənclərdən ibarət milli komandası Polşanın 21 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb.

E qrupunun lideri ilə qarşılaşan ermənilər səfər oyununda 1:4 hesabı ilə məğlub olub. 

Bu, Ermənistan yığmasının cari seçmə turnirdə ardıcıl 7-ci məğlubiyyəti idi. Turlardan sonra Ermənistanın 21 yaşadək futbolçulardan ibarət komandası bir xal da qazana bilməyib və E qrupunun turnir cədvəlində sonuncu, 6-cı yerdə qərarlaşıb.