Kiyevdə güclü partlayış baş verib, ölən və yaralanan var

Kiyevdə naməlum qurğu partlayıb, nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə “Unian“ məlumat yayıb.

Məlumata görə, partlayış baş verən anda hava həyəcanı verilməyib.

Hadisə yerində müvafiq xidmətlər işləyir. Hadisənin detalları araşdırılır.