Mövzuya əvvəlcə belə baxaq: məscidin qapısını bağlayıb, əyləncə və əxlaq pozucu məkanlara uşaqların girişinə göz yuman polisin, məscid qapısında isə yaşı bir aydan sonra 16 olacaq yeniyetmələri "Allah evinə buraxmaması" olduqca düşündürücüdür. Burada sadə bir həqiqət özü-özlüyündə hadisəni izah edir. Qanunun qüvvəyə mindiyi ilk günlərdə, o cümlədən Məhərrəmlik və Aşura mərasimlərində bu qadağanı icra etməyə cəlb olunan polislərin üzünə deyilən sözləri, onlara yönələn baxışları təkcə özləri deyil, bütün ətraf çox yaxşı anlayırdı.
Bu baxışlarda nifrət, lənət və bəddua vardı. Polislər bu hisslərin hədəfinə çevrilməklə, tətbiq etdikləri planın əslində özlərinə qarşı yönəldiyini də hiss edirdilər. Əgər qapıda dayanmış polis uşaqların məscidə gəlməsini qadağan edirsə, nifrətin hədəfi də ya həmin polis, ya da bu hakimiyyət olur. Bu halda planın arzu olunan nəticə verə bilməyəcəyi şübhəsizdir.
Ancaq daha incə məqam da var: qadağanın polis tərəfindən icra edilməsi, hakimiyyətin özünü hədəfdən kənarda saxlayaraq günahkarı “içəridə” axtarmaq üçün qurduğu bir tələ də ola bilər.
Bu addım isə məqsədi tam açıqlaya bilməyən, lakin dini nüfuzu sarsıtmağa hesablanmış siyasətin tərkib hissəsidir. Sovet dövründə insanların dindən soyuması üçün “molla” sözünün lağ obyektinə çevrilməsi kimi, bu gün də oxşar oyun ruhanilər üzərindən oynanılır: cəmiyyətdə dini simalara qarşı soyuqluq yaratmaq, anti-İslam ovqatını gücləndirmək, müqəddəs dəyərləri gözdən salmaq.
Zamanla bu təklifləri rədd edib istefa verən çoxlu sayda dəyərli ruhani oldu. Onlar “polis rolunu oynayıb” cəmiyyətdə din adamına nifrət ünvanının yaranmasına razı olmadılar. Amma bu rolu könüllü şəkildə qəbul edənlər də az deyildi.
Din xadimini məsciddən azyaşlıları qovmaq kimi bir vəzifəyə cəlb etmək təkcə uşaqların ruhanilərə qarşı nifrət hissini artırmırdı. Bu, həm də cəmiyyətdə dinin və müqəddəs dəyərlərin aşağılanmasına, günahkar obrazının isə hakimiyyətdən ruhanilərə keçirilməsinə hesablanmış addım idi.
Hətta baş verməmiş hadisələrin belə tirajlanması, xəbər şişirdilərək ölkədə “siyasi cinayət” kimi təqdim edilməsi də həmin məkirli oyunun bir parçasıdır. Xəbərlər “din xadimi uşaqları məsciddən uğurla uzaqlaşdırdı” şəklində yayımlanır, səhlənkarlıq edən şəxsin cəzalandırıldığı vurğulanır və bununla da cəmiyyətə açıq mesaj verilirdi ki, bu işin icraçısı elə ruhanilərin özüdür.
Xəbərin mahiyyəti də bundan başqa bir şey deyil. Bu məsələnin ilk gündən hüquqi müstəviyə daşınması da məqsədin fərqli olduğunu göstərir.
Digər tərəfdən, “özümüzdən birinin nəzarət etməsi” adı ilə uşaqların bəzən məscidə buraxıldığını düşünənlər də yanılırlar. Çünki məscidin daxilində hər bucağı çəkən müşahidə kameraları buna cavab verir.
Son olaraq, bu məsələyə zəmin yaradan və uşaqların məscidə buraxılmamasını Peyğəmbər mənbərinən “uşaqları məscidə gətirsəniz, məscid bağlanar” deyərək əsaslandıranlara, Allahın qanunlarını öz qorxu əbalarının altında gizlədənlərə, Allahın həm bu dünyadakı, həm də axirətdəki ədalətini öz dilləri, qəlbləri və imanları ilə deyənlərə buraxaq.
Son.
Ruhani, əxlaq polisi, yoxsa nifrət hədəfi?! II hissə