İsrail Baş naziri Binyamin Netanyahu işğalçı İsrail ordusunun Suriyanın cənubunda işğal etdiyi ərazilərdən çəkilməyəcəyini bildirib.
İsrail səfirlərinin, missiya rəhbərlərinin və Xarici İşlər Nazirliyinin rəsmilərinin qatıldığı konfransda çıxış edən Netanyahu, Suriyada işğal etdikləri ərazilərdən çəkilməyəcəklərini bir daha təkrarlayıb.
İsrailin Suriyanın cənubunda işğal etdiyi Hermon dağına bitişik bufer zonası və 1967-ci ildən bəri işğal etdiyi Qolan təpələri ilə bağlı Netanyahu deyib: "Biz bu aktivləri qorumaq istəyirik".
Netanyahu, Dəməşq hökuməti ilə Cənubi Suriyanın silahsızlaşdırılmasına və druzlara "qayğı" göstərməyə imkan verəcək bir razılığa gəlməyə ümid etdiklərini bildirib.
Netanyahu Suriyadan çəkilməyəcəklərini açıqladı