Alulbeyt Alimlər Birliyi, Ehlader-i Ziyarət Etdi

Türk dili danışan müxtəlif ölkə alimlərinin bir araya gələrək yaratdığı “ALULBEYT ALİMLƏR BİRLİYİ”nin illik toplantısı üçün fərqli ölkələrdən gələn Əhli-beyt alimləri İstanbulda EHLADER-i ziyarət etdilər.

Alulbeyt Alimlər Birliyi tarixdə ilk dəfə olaraq türk dilli ölkələrdən olan dəyərli alimlərin bir araya gəlməsi ilə 2020-ci ildə təsis edilib.

Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Avropa da daxil olmaqla bir sıra ölkələrdə mərkəzləri mövcuddur.

Səmimi atmosferdə keçən səhər yeməyi proqramında gələcəyə dair məsələlər müzakirə olundu, görüləcək ortaq işlər dəyərləndirildi.