"Real Madrid" öz meydanında uduzdu

İspaniya La Liqasının 15-ci turu "Real Madrid" üçün uğursuz alınıb.

Kral klubu öz meydanında "Selta"nı qəbul edib.

Paytaxt təmsilçisi qarşılaşmanı 9 nəfərlə tamamlayıb və qapısından iki qol buraxıb – 0:2.

Bu məğlubiyyətdən sonra Xabi Alonsonun komandası ilə turnir cədvəlinin lideri "Barselona" arasındakı xal fərqi 4-ə yüksəlib. Hazırda madridlilərin aktivində 36 xal var. "Selta" isə 19 xalla yarış cədvəlinin ilk onluğunu tamamlayır.