Qəzza soyqırımı: Yeni-yeni qurbanlar üzə çıxır

İsrailin Qəzza sektorunda törətdiyi hərbi cinayətin qurbanına çevrilmiş günahsız fələstinlilərin sayı artmağa davam edir.

Qəzza sektorunun Səhiyyə Nazirliyi yenilənmiş statistik məlumatları təqdim edib.

Belə ki, son 48 saat ərzində İsrail bombardmanlarından sonra qalan dağıntıların altından daha 15 cənəza aşkar edilib. Ümumilikdə 19 cənazə xəstəxanalara təhvil verilib.

Həmçinin 7 yaralı da tibb ocaqlarına yerləşdirilib.

Xatırladaq ki, İsrail ordusunun 2023-cü l 7 oktyabrdan bəri törətdiyi kütləvi qırğınlar və soyqırımı nəticəsində, böyük əksəriyyətini qadınlar və uşaqlar təşkil etməklə, 68 519 dinc qəzzalı qətlə yetirilib, 170 382 nəfər isə yaralanıb. Daha təxminən 10 min nəfər isə itkin düşüb.

Hazırda bölgədə atəşkəs rejimi qüvvədə olsa da, İsrail tərəfi onu pozur.