Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb

Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində möminlərin iştirakı ilə cümə namazı bu həftə də davam edib.

Cümə namazına Hacı Rüfət Məmmədov imamətlik edib. O, xütbələrində son illərin aktual problemlərindən olan boşanma mövzusuna toxunub. İlahiyyatçı ailə qurulan zaman diqqət olunan məsələlərə, ailənin güzəşt, səmimiyyət və inam üzərində qurulmasınna diqqət çəkib. Eyni halda çoxsaylı boşanmalara yol açan fəsadları dilə gətirib və onları aradan qaldırma yollarını araşdırıb.

Ailənin kiçik dövlət olduğunu bildirən ruhani onun təkcə qurmaq deyil, qorumaq, inkişaf etdirməyin əhəmiyyətini dilə gətirib.