İslam Peyğəmbərinin (s) vəfatı münasibətilə İmam Əli (ə) Ziyarətgahı qaraya büründü

Səfər ayının 28-ci günü Həzrət Məhəmmədin (s) vəfat ildönümü günü münasibətilə Nəcəfdə yerləşən İmam Əli (ə) hərəmi qaraya bürünüb. Ziyarətgahın daxilində və ətrafında kədər və hüzn simvolu olan qara bayraqlar, parçalar asılıb.

İraqın müxtəlif bölgələrindən və dünyanın müxtəlif ölkələrindən minlərlə zəvvar bu günlərdə Nəcəfə üz tutur.

Hər il bu günlərdə İmam Əli (ə) ziyarətgahı İslam dünyasında böyük bir hüzn və matəm məkanı kimi xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, Səfər ayının son günləri üç müqəddəs şəxsin hüzünlü anım günləridir. Bunlar İslam Peyğəmbəri Hz Məhəmməd (s), İmam Həsən (ə) və İmam Rzadır (ə).