Səfər ayının 20-si İslam aləmində “Ərbəin günü” kimi tanınır. Bu gün, hicrətin 61-ci ilində İmam Hüseyn (ə) və səhabələrinin Kərbəlada şəhadətindən qırx gün keçir.
Hicri təqvimi ilə səfər ayının 20-si İmam Hüseynin (ə) şəhadətinin 40-cı, Ərbəin günüdür. Bu, hicrətin 61-ci ilində İmam Hüseyn və səhabələrinin Kərbəlada şəhadətindən keçən qırx gündür.
İmam Hüseynə (ə) əzadarlıq etmək üçün dünyanın dörd tərəfində geniş şəkildə “Ərbəin yürüşləri” keçirir. Ərbəin mərasimində uşaqlar, gənclər, qocalar, qadınlar və kişilər daxil olmaqla hamı iştirak edir.
Bəzi rəvayətlərdə İmam Hüseynin (ə) hərəmini ziyarət etmək qul azad etmək, hacc, ümrə və cihad etmək ilə eyniləşdirilir.
Hər il Ərbəin günündə milyonlarla Əhli-beyt (ə) ardıcılı Kərbəla şəhərində əzadarlıq mərasimlərində iştirak etmək üçün İraq sərhəddini keçərək bu ölkəyə gəlir.
İmam Hüseynin (ə) hərəmində keçirilən əzadarlıq mərasimlərində Əhli-beyt (ə) sevərlər Kərbəlaya toplaşır və bunu qeyd edirlər.
Ərbəin yürüşü nədir?
Ərbəin yürüşü İmam Hüseynin (ə) Ərbəin (şəhadətinin 40-ı) münasibətilə müxtəlif yerlərdən Əhli-beyt (ə) ardıcıllarının Kərbəlaya axışmasına aiddir. İnsan selini xatırladan bu yürüşlərdə milyonlarla insan iştirak edir. Ərbəin günü İraqdan başqa ölkələrdən, o cümlədən İran, Türkiyə, Azərbaycan, Pakistan və Livan da daxil olmaqla çoxsaylı Əhli-beyt (ə) ardıcılları bu yürüşlərdə iştirak edir və Ərbəin günü Kərbəlada olurlar.
Ərbəin ziyarətinin fəziləti
Əhli-beyt (ə) imamlarından nəql olunan hədislərdə İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü olan Ərbəin günü müqəddəs hərəmi ziyarəti bəyan edilmiş və bu ziyarətin çoxsaylı fəzilətləri bildirilmişdir.
İmam Həsən Əskəridən (ə) rəvayət olunur ki, “Möminin beş əlaməti vardır: Əlli rükət namaz qılmaq, Ərbəin ziyarətini yerinə yetirmək, sağ əldə üzük taxmaq, səcdə etmək və “Bismillahir-rəhmanir-rəhim”i ucadan oxumaq”.
İmam Sadiq (əleyhissalam) İmam Hüseyni (ə) piyada ziyarət edənlər haqqında belə buyurur: “Hər kim İmam Hüseyni (ə) piyada ziyarət edərsə, Allah onun hər addımına görə bir yaxşılıq yazar və məqamını bir dərəcə yüksəldərək onun günahını silər.
Allah onun dediyi gözəl sözləri yazmaq üçün iki mələk təyin edər. Ziyarətdən qayıdanda mələklər vida edərək deyirlər: “Ey Allahın dostu! Günahlarınız bağışlandı. Siz Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) dostlarındansınız. Odu gözlərinlə görməyəcəksən, od da sizi görməyəcək”.
Səfər ayının 20-si Ərbəin günüdür