İsrail Jurnalistlərin çadırına hücum etdi, ölənlər var

İsrailin Qəzzada Şifa xəstəxanası yaxınlığında jurnalistlərin çadırına hücumu nəticəsində 5 jurnalist, o cümlədən Əl-Cəzirə telekanalının müxbiri şəhid olub.

Rejim ordusu Qəzzada Şifa xəstəxanası yaxınlığında jurnalistlərin çadırını hədəfə alıb.

Hücum zamanı “Əl-Cəzirə” telekanalının müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Qureykə üç operatorla birlikdə şəhid olub.

İsrail ordusu isə verdiyi açıqlamada Ənəs-Şərifin ölümünü etiraf edib.

Bəyanatda Şərifin “HƏMAS-da hüceyrə lideri kimi xidmət etdiyi və İsrailə raket hücumları planlaşdırdığı” üçün hədəf alındığı iddia edilib.