Dünyanın müxtəlif məkanlarında İmam Hüseynin (ə) əza məclisləri öz axarı ilə davam edir. Hər növ məhrumiyyətlər çərçivəsində qurulan məclislər Hz Hüseyn (ə) və Əhli-beytə (ə) sonsuz sevginin təcəssümüdür.
Belə məkanlardan biri də Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən Xanım Zeynəb (s.ə.) ziyarətgahıdır. Burada son hakimiyyət dəyişikliyindən sonra şiə ziyarətgahları və şiə inanclıları xüsusi hədəfə alınaraq ciddi məhrumiyyətlərlə baş-başa qalıb. Zamanla onların qətlə yetirilməsi-şəhadətə çatdırılması da bu vəziyyətin necə çətin olmasına əyani nümunədir.
Bununla belə bu il Məhərrəm ayının ilk ongünlüyünün hər gecəsi Həzrət Zeynəbin (s.ə) hərəminin məscidində Əhli-Bəyt (ə) məzlumiyyətinə, İmam Hüseynə (ə) əza məclislərinin baş tutması həqiqətən də böyük mücadilə və sevginin əməli nəticəsi sayıla bilər. Çox saylı Hüseyn (ə) aşiqlərinin qatıldığı əza məclisi böyük şövq, sevgi və mənəvi zərafətlə davam edir.
Xanım Zeynəbin (s.ə) hərəmində Məhərrəm ayının ilk ongünlüyünün matəm mərasimləri keçirilir