“İraq Amerika-İsrail regional sui-qəsdi ilə üz-üzədir”

İraqda Hüquq Dövləti Koalisiyasının liderlərindən biri Əmaləddin Əlhər verdiyi açıqlamada ABŞ-ın İraqda hərbi mövcudluğunu davam etdirməsinin təhlükələrinə diqqət çəkib.

O deyib ki, ABŞ-ın İraqdakı hərbi mövcudluğu birbaşa təhlükə yaradır və İraq və regiona qarşı sui-qəsdlərin göstəricisidir.

“İraq torpaqlarında qabaqcıl Amerika bazalarının olması real təhlükə və İraqda sabitliyi pozmaq planlarının açıq göstəricisidir.

Amerika qüvvələri İraq qanunlarına tabe deyil və açıq şəkildə sionist rejim (İsrail) ilə koordinasiyada hərəkət edirlər. Bu vəziyyət bu hərbi mövcudluğa qarşı ciddi və milli mövqe tələb edir.

Amerika və sionist rejim bütün bölgəni məhv etmək niyyətindədir və İraq da bu planlardan kənarda deyil", - Əlhər deyib.