Portuqaliya çempionatında mövsümə yekun vurulub.
Çempionun adına son turda aydınlıq gəlib.
Qızıl medallar uğrunda Lissabon təmsilçiləri - "Sportinq" və "Benfika" yarışıblar. Öz meydanında "Gimarayes"lə qarşılaşan "şirlər" 2:0 hesabı ilə qələbə qazanaraq "Braqa" - "Benfika" (1:1) matçının nəticəsindən asılı olmayaraq, çempion titulu qazanıblar.
Qeyd edək ki, "Sportinq" ardıcıl ikinci, tarixində isə 21-ci dəfə Portuqaliyanın ən güclü klubu olub.
Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu