Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verib.
Aylarla davam edən qiymətləndirmələrdən sonra BCM Netanyahu və Gallantı insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinə görə həbs etmək qərarına gəlib.
Beynəlxalq Cinayət Məhkəməsinin təsis sənədi olan Roma Statutunun iştirakçısı olan 124 ölkə Netanyahu və Gallantı öz sərhədlərinə daxil olarsa, həbs etməyə borcludur. Bu məsələdə Amerika etirazı ilə yenə də diqqət çəkib. Əlavə olaraq ABŞ 2002-ci ildə Roma Statutundan imzasını geri götürdüyündən həbs qərarı bu ölkə üçün keçərlidə olmayacaq.
ICC bu gün açıqladığı qərarında İsrailin məhkəmənin yurisdiksiyasına etirazını yekdilliklə rədd etmək qərarına gəldiyini də açıqlayıb.
Məhkəmə qərarında Netanyahu və Qallantın müharibə üsulu olaraq - qəsdən aclıqdan öldürmə - hərbi cinayəti törətdiklərini düşünmək üçün əsaslı sübutların olduğu bildirilib. Qərarda həmçinin qərara alınıb ki, ikili Qəzzada dinc əhali qəsdən və bilərəkdən ərzaq, su, dərman, tibbi ləvazimatlar, yanacaq və elektrik enerjisindən məhrum edib.
İsrailin öldürüldüyünü elan etdiyi HƏMAS liderinin həbsinə də order verilib
Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsi HƏMAS-ın hərbi qanadı Qəssam Briqadalarının lideri Məhəmməd Deyf haqqında "insanlığa qarşı cinayətlər və müharibə cinayətləri" törətdiyi iddiası ilə həbs qərarı çıxarıb. Avqust ayında İsrail bəyanat vermiş və iyulun 13-də Qəzzanın cənubundakı Xan Yunusa endirdiyi hava hücumunda Deyfi öldürdüyünü açıqlamışdı.
İsrail ordusu Qəzzada müharibəni davam etdirir
İsrail ordusunun Qəzzanın şimalındakı Beyt Lahiya bölgəsində Kamal Advan xəstəxanası ətrafındakı məhəlləni bombalaması nəticəsində ən azı 66 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Bir çox insanın itkin düşdüyü və dağıntılar altında qaldığı öyrənilib. Kamal Advan Xəstəxanası rəsmiləri ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu açıqlayıb.
Dünən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs tələb edən qətnamə layihəsinə ABŞ növbəti dəfə veto qoyub.
HƏMAS-ın verdiyi açıqlamada İsrailin Beyt Lahiyyədə qətliam törətməsi və hücumlarını artırmasının bu qərarın nəticəsi olduğu bildirilib.
Netanyahu və Gallant barəsində Beynəlxalq Cinayət Məhkəməsi həbs qərarı verdi