İspaniya: Fələstin xalqına qarşı soyqırım cəzasız qala bilməz

İspaniyanın baş nazirinin müavini, əmək və sosial iqtisadiyyat naziri Yolanda Diaz Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə dair orderi dəstəkləyib.

İspaniyadakı azlıq sol koalisiya hökumətinin kiçik ortağı Sumarın keçmiş lideri nazir Diaz X hesabında etdiyi paylaşımda, "Biz həmişə ədalətin və beynəlxalq hüququn tərəfindəyik. Fələstin xalqına qarşı soyqırım cəzasız qala bilməz” deyib.