Hizbullah liderindən İsrailə xəbərdarlıq

Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasım dünənki çıxışında Livandakı hadisələri dəyərləndirib.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, Nəim Qasım bildirib ki, Hizbullahın Media Əlaqələri məsulu Məhəmməd Afif Qüds yolunda şəhid olub.

“Məhəmməd Afif düşməni çox qəzəbləndirdi və bu səbəbdən də düşmən onu öldürdü” deyən Nəim Qasım İsrailin Hizbullahın müqavimət ruhunu qıra bilməyəcəyini bildirib.

Sionist İsrailin Beyruta davam edən hücumlarına reaksiya verən Nəim Qasım bildirib: “Biz Beyrutun düşmən hücumlarına məruz qalmasına icazə verə bilmərik. Onlar bunun əvəzini ödəyəcəklər."

Şeyx Naim Qasım İsrailin Beyrut hücumlarına Tel-Əvivdə cavab verəcəklərini bildirib.

Hizbullah lideri deyib:

“Biz də Livandakı şərtləri nəzərə alaraq Qəzzanı dəstəkləyirik; Biz meydanda Hizbullahın əfsanəvi müqavimətinin şahidi oluruq.".