Bu günlər İraqda “təvvabin qiyamı”nın baş verdiyi günlərdir.
Ürəkyaxan Aşura hadisəsindən sonra Kufəlilərdən ibarət böyük bir qrup İmam Hüseynin (ə) şəhadətinin necəliyindən kədərlənib həzrətə kömək etmədikləri üçün çox peşmanlıq hiss edirdilər. Onlar hicri təqvimi ilə 65-ci ilin Rəbiüs-sani ayının əvvəlində Süleyman ibn Sürəd Xuzainin başçılığı ilə (Əli ibn Əbu Talibin şiələrindən biri və bütün müharibələrdə o həzrətin (mülazim) köməkçisi) İmam Hüseynin (ə) qanınının qisasını almaq üçün qiyam etdi.
Onlar Kufədən xaric olduqdan sonra İmam Hüseynin (ə) məzarı üstə, Kəbə və Həcərül-əsvədin ətrafında toplandları kimi izdahamlı şəkildə toplandılar. Vida zamanı hər kəs bir şeir oxuyub nalə edir, bu minvalla onlar imam Hüseynin (ə) intiqamını almaq və Şam ordusu ilə vuruşmaq üçün özlərini hazırlayırdılar. Xəlifənin aparatı onların qiyamından xəbərdar oldu. Übeydüllahın ordusunu gücləndirmək üçün Kufəyə çox sayda qoşun göndərdi.
İbn Ziyadın qoşunu Bağdadın şimalında yerləşən “Eynül-vird” adlı məntəqə onların qoşunu ilə döyüşə başladı. Təvvabn qoşunu öncə qələbələr əldə edirdi. Lakin çoxlu qoşunun göndərəliməsi və Şam orusunun çoxalması səbəbi ilə və döyüşlərin çoxluğu Təvvabini məğlub olmağa yaxınlaşdırdı. Onların komandiri Süleyman ibn Sürəd Xuzai şəhid olduqdan sonra onların ordusu dağıldı. Onlardan təkcə 27 nəfər sağ qala bildilər. Qalanı hamılıqla şəhadətə çatdı. (Biharül-ənvar, c. 45, səh. 358).
Az.shafaqna.com
İslam Tarixi: Bu gün “Təvvabin qiyamı” baş verib