Mahaçqalada partlayış baş verib - ölən və yaralananlar var

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Operativtv Unikal-a istinadən xəbər verir ki, şəhər meriyası partlayış nəticəsində ölən və yaralıların olduğunu açıqlayıb.

Respublikanın səhiyyə nazirliyi yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 5 nəfərin həlak olduğu 4 nəfərin yaralanması haqqında məlumat yayıb.