Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin ərazi bütövlüyünün yalnız sülh üsulları ilə təmin ediləcəyini bildirib.
Kobaxidze Cənubi Osetiya müharibəsi kimi tanınan Rusiya-Gürcüstan müharibəsinin 16-cı ildönümü münasibətilə paytaxt Tbilisidə "Qardaşlıq qəbiristanlığı"na baş çəkib.
Kobaxidze buradakı çıxışında 2008-ci ildə müharibədə həyatını itirən gürcü əsgərlərinin xatirəsini yad etdiklərini bildirərək, "Bu gün avqust döyüşlərində həyatını itirən qəhrəmanları yad edirik. Hamımız bu ən faciəli günləri xatırlayırıq, amma Bu günlər də ordumuzun göstərdiyi böyük qəhrəmanlığa görə bizləri qürurlandırır və təbii ki, onlara hörmət etməliyik”,- ifadə edib.
Müharibədə həyatını itirən gürcü əsgərlərinin öz ölkələrinin ərazi bütövlüyünü təmin etmək üçün döyüşdüklərini qeyd edən Kobaxidze “Gürcüstanın ərazi bütövlüyü mütləq sülh üsulları ilə əldə olunacaq” deyib.
Qeyd edək ki, Gürcüstan ordusu ilə Rusiyanın dəstəklədiyi abxaziya separatçıları arasında 1992-1993-cü illərdə 13 ay müharibə olub.
2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi tanınan münaqişələr başlayıb və müharibədən sonra Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya regionları Gürcüstandan birtərəfli qaydada müstəqilliklərini elan ediblər.
Rusiya bu iki regionun qondarma müstəqilliyini 2008-ci ildə tanıyıb və Gürcüstan buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsib.
İki ölkə arasında diplomatik münasibətlər kəsildikdən sonra İsveçrə tərəflər arasında vasitəçilik rolunu öz üzərinə götürüb.
Unikal
"Ərazi bütövlüyünü yalnız sülh ilə təmin edə bilərik" - Kobaxidze