Naqasaki Bələdiyyə Başçısı Şiro Suzuki keçən həftə verdiyi açıqlamada qərarın "siyasi motivasiya" olmadığını, lakin mərasimin "dinc atmosferdə" keçirilməsini istədiklərini söyləyib.
Naqasakinin bombalanmasının 79-cu ildönümü ilə əlaqədar avqustun 9-da cümə günü keçiriləcək ənənəvi anma mərasiminə ABŞ və Böyük Britaniya da daxil olmaqla bir çox Avropa ölkəsinin səfirlərinin qatılmayacağı bildirilib. Koen ötən çərşənbə axşamı Xirosimada keçirilən anma mərasimində iştirak edib.
İyun ayında Naqasaki Bələdiyyəsi İsrailin Tokiodakı səfirliyinə anma mərasimi üçün dəvət məktubu əvəzinə Qəzzada "dərhal atəşkəs" çağıran məktub göndərib.
Suzuki iyunun 3-də verdiyi açıqlamada "Qəzzada kritik humanitar vəziyyət və beynəlxalq ictimaiyyətin reaksiyalarını nəzərə alsaq, mərasim zamanı gözlənilməz hadisələrin baş vermə riski var" deyib.
ABŞ-ın Yaponiyaya ikinci atom bombası hücumunda həyatını itirənlər hər il avqustun 9-da anılır.
Hər il mayın sonundan iyunun əvvəlinə qədər Naqasaki Bələdiyyəsi Yaponiyadakı bütün səfirliklərə dəvət göndərir. Lakin 2022-ci ildə Moskvanın Ukraynanı işğal etməsindən sonra Rusiya və Belarus anım mərasimlərinə dəvət edilməyib.
İsrail Naqasakidəki anım mərasiminə dəvət edilməyib, dəvətnamədə İsrailə “Dərhal Atəşkəs” çağırışı edilib