İmamət və Vilayət bayramınız mübarək

İslam bəşəriyyətə ilk insan, Adəmin (ə) varlığı ilə qədəm qoydu. Mahiyyəti təslim olmaq, İlahi hökmlərə itaət olan din sonrakı peyğəmbərlərin varlığı ilə öz həqiqətini genişləndirdi. Allaha bəndənin təslim olması onun varlığında yaratdığı qüdrət, paralel olaraq dinin hər peyğəmbərin gəlişi ilə kamilləşən qanunlarında insan həqiqəti zamanla yaradılış sirrini tam çılpaqlığı ilə ortaya qoymuş oldu.

Sonuncu səmavi din İslam! Quranda əks olunan dinin tamamlanması insan kamilliy üçün konsepsiya olan İlahi qanunların, Adəmdən (ə) Xatəmə (s) qədər sürən uzun yolun sonu Quranla yekunlaşdı. Daha nə səmadan vəhy, nə də yeni qanun göndərilməyəcəyi Allah Rəsuluna (s) elan olunurdu. İndi ən çətin missiya irəli gəlirdi, digər səmavi kitablarda dəyişkənlik, zamanın əli ilə təsirlər təhlükəsi Quran üzərində də mövcud idi. O, bütün zaman təhriflərindən qorunmalı, İlahi kamalat missiyasını dünyanın sonuna qədər davam etdirməli idi.

Məhz son həcc səfərində qoyulan nöqtə də məhz bunu təsdiqləmək üçün icra edilirdi. Qədir-Xum çölü və 120 mindən çox hacı. Allah Rəsulu (s) həyatının son günlərində gerçəkləşən bu retualda dinin qoruyan kəmərini, İmaməti, dünyanın sonuna qədər bəşərin güc mənbəyini, ədalətin mehvərində qalma səbəbini elan etdi.

Budur, o, İmam Əlinin (ə) təqdimatı ilə Vilayətin varlığını elan edərək, dinin kamillik simasını bir tam olaraq nümayiş etdirdi. İmamətlə din Quranda əks olunan kamillik və tam nemət olaraq insanlığa bəxş olundu.

Bəli, o tarixdən əsrlər ötərək günümüzdə vilayətin hansı əhəmiyyətə malik olması artıq heç bir məntiq sahibi üçün qaranlıq deyil. Vilayət bu gün dünyanın son ümid nöqtəsi olaraq din və dünya tamlığında öz İlahi missiyasını böyük fəxrlə davam etdirir. Dövrün İmamının vəd olunmuş zühuru ilə bu missiya tamamlanaraq İlahi düzən, Adəmlə (ə) başlayan kamillik yolunu ən yüksək zirvələri fəth edəcək.

Bu, Allahın vədəsidir, dünyanın mümkün ədalətli idarəçilik gücü qalib İslam və əlbəttə Allahın vəli, vilayət rəhbərlərinin əli ilə gerçəkləşəcək. Yaşanan dünya həmən vilayətin idarəçilik əsaslarını öyrənməklə sabit bir düzəni tanımağa çalışır. Vilayətin və İmamətin bayrağı və rəhbərliyi ilə.

Hər kəsi bu dəyərli vilayət - Qədir-Xum bayramı münasibəti ilə təbrik edirik.

 

Bayramınız mübarək.