İspaniyada ifrat sağçı "Vox" partiyasının qurucularından olan Alexo Vidal Quadrasa paytaxt Madriddə silahlı hücum edilib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər siyasətçinin başından silahla vurublar. Nəticədə ağır yaralanan Quadrasa xəstəxanaya aparılıb, vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma başlatan polis hələ də hücumun səbəbini müəyyən edə bilməyib.
Digər tərəfdən, İspaniyada “İsrailin avropalı dostları” adlı lobbi qrupunun üzvü olan Alejo Vidal Quadrasaya silahlı hücumun arxasında İrana yaxın qüvvələrin ola biləcəyi iddia edilib.
İspaniyanın EFE xəbər agentliyinin istintaqa rəhbərlik edən polis mənbələrinə əsaslanaraq verdiyi xəbərdə ifrat sağçı liderin polisə verdiyi ilk ifadəsində hücumun arxasında İrana yaxın qüvvələrin ola biləcəyini ifadə etdiyi bildirilib.
İsrailyönlü partiya sədrini başından silahla vurdular