“Qarabağ” “Bayer 04”ə məğlub oldu

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda hesab açılıb.

"Unikal" xəbər verir ki, 90+4-cü dəqiqədə qonaqlar fərqləniblər.

Viktor Bonifeys penaltini dəqiq yerinə yetirərək, adını tabloya yazdırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.