Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə şərlənərək həbs edilən ruhani Hacı İlqar Rəcovun işi üzrə hazırlıq iclası keçirilib
Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, prosesdə ruhani Hacı İlqar Rəcov özü də iştirak edib.
Vəkil Elçin Sadıqov bildirib ki, İlqar Rəcov barəsindəki həbsin ev dustaqlığına əvəz olunması ilə bağlı verilən vəsatət təmin olunmayıb.
Növbəti məhkəmə iclası noyabr ayının 15-i saat 11:30 təyin olunub.
Qeyd edək ki, Ruhani Hacı İlqar Rəcov bu ilin fevral ayının 1-də polis tərəfindən saxlanılıb.
Ruhani saxlanılan zaman gözünün qabağında cibinə narkotik qoyulduğunu bildirib. O son günlər İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda şərlənərək həbs edildiyini bildirib.
Ruhani Hacı İlqar Rəcovun işi üzrə hazırlıq iclası keçirilib