Türkiyə Suriyada yeni əməliyyata başlamayacaq

Türkiyə Suriyada yeni əməliyyata başlamayacaq.
 
Türkiyə Müdafiə Nazirliyi bu barədə açıqlama verib. Məlumata görə, PKK/YPG terrorçuları sərhəd bölgədən 30 km uzaqlaşandan sonra ərazidə yeni anti-terror əməliyyatına ehtiyac olmayacaq. 
 
Xatırladaq ki, ötən həftə ABŞ və Türkiyə arasında kürd silahlılarının sərhəddən uzaqlaşması barədə razılıq əldə edilib. 
 
Dünən isə Rusiya ilə Türkiyə Suriyanın şimalındakı mövcud problemin həlli məqsədilə Soçi razılaşması imzalayıb. Qərara görə, Türkiyənin həyata keçirdiyi anti-terror "Barış Pınarı" əməliyyatı dayandırılıb və Rusiya-Suriya hərbçilərinin sərhədə doğru irəliləməsi razılaşdırılıb.