Sentyabrın 25-də Ali Məhkəmə bəraət tələb edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Məhərrəmov və Babək Həsənovun, həmçinin partiyanın keçmiş üzvü Saleh Rüstəmovun şikayətlərinə baxıb.
Ali Məhkəmə "ciddi jest" edərək S.Rüstəmovun həbs müddətini iki ay (7 il 3 aydan 7 il 1 ayadək) azaldıb.
A.Məhərrəmov və B.Həsənovun barəsində hökm dəyişməz qalıb.
Xatırladaq ki, fevralın 27-də S.Rüstəmov qanunsuz sahibkarlıq və qanunsuz əldə olunmuş gəlirlərin leqallaşması ittihamları ilə həbs edilib.
A.Məhərrəmov və B.Həsənov həmin ittihamlar üzrə üç il azadlıqdan məhrum olunublar.
Lakin AXCP hesab edir ki, əslində onları həbsdə olan fəalların ailələrinə maliyyə yardımı göstərdiklərinə görə tutublar. Hüquq müdafiəçiləri mühakimə olunanları siyasi məhbus kimi tanıyıblar.
Məhkəmə siyasi məhbusun 7 illik həbs müddətini 2 ay azaldıb

Oxşar xəbərlər