Siyasi məhbus Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova facebook statusunda Əfqanın ağır xəstəliyindən yazıb. Sevinc Sadıqovanın facebook statusunu təqdim edirik:
Bir siyasi məhbus ailəsi olaraq bütün ictimai siyasi qurumları, vətəndaş cəmiyyətini, azad mətbuatı, yerli və beynəlxalq ictimaiəti “Siyasi məhbusları müalicə edin!” kampaniyaya qoşulmağa çağırıram . Bu hakimiyyət bizim bacı-qardaşlarımızı və həyat yoldaşlarımızı məhv etməyə çalışır.
Bu gün həyat yoldaşım, şərlənərək həbs olunmuş jurnalist Əfqan Sadıqovla telefonla danışdıq. Sağlamlıq durumu getdikcə lap pisləşir. 26 aprel – axşam saatlarında yenə ölümdən dönüb, vəziyyəti çox pis olub. Təzyiqi o qədər yüksək olub ki, sudurqa keçirib və bütün bu hadisələr Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının rəisinin gözləri önündə baş verib. Ancaq rəis buna reaksiya belə vermir və susur. Artıq 1 aydan çoxdur ki, Əfqan təziq və ürək ağrılarından əziyyət çəkir və xəstəliyi getdikcə irəliləyir, ayaqları şişib. Mənşəyi bilinməyən iynələr vura-vura səhhətini lap pisləşdiriblər.
Buradan Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının rəisinə müraciət edirəm: Əfqan Sadıqovun həyat və ölüm arasında mübarizə etdiyini görürsünüz, bəs nə üçün Əfqanı xəstəxanaya göndərmirsiniz!? Nədir, kimdir sizin qarşınızı alan!? Göz görə-görə ölümün qucağına niyə atırsınız Əfqanı!? Əfqanın həyatı təhlükədədir!
Tələbim yerinə yetənə qədər aksiyamı davam etdirəcəyəm. Mənimlə həmrəy olanlar mənim aksiyama qoşulsunlar. Hesab edin ki, Əfqana olunan bu təzyiq, haqsızlıq insanlığa sığmayan bir addımdır. Əfqan elə bil erməni əsirliyindədir…Və bütün aidiyyatı orqanlar susur, sanki hamısı Əfqanın ölümünü gözləyir. Səhhətinin bu qədər ağır olmasına baxmayaraq, “etap” edib Cəlilabad rayon məhkəməsina aparmağa hazırlaşırlar.
azadliq.info
Siyasi məhbus ailəsi ictimaiyyətə çağırış edir

Oxşar xəbərlər