Pilotsuz uçuş aparatı (PUA) və digər hərbi-texniki məhsulların istehsalçısı olan İsrailin Israel Aerospace Industries LTD. şirkəti Azərbaycanda öz nümayəndəliyini açıb.
Bu barədə Turan İA məlumat verib.
Məlumata görə, şirkətin nümayəndəliyinin qeydiyyatı barədə informasiya sentyabrın 12-də Vergilər Nazirliyinin saytında dərc edilib.
İsrail vətəndaşı Braiman Zeyev şirkətin rəsmi nümayəndəsi təyin edilib.
Israel Aerospace Industries hərbi-sənaye məhsulları üzrə ixtisaslaşır və dünyada PUA-nın ən aparıcı istehsalçısı sayılır.
İsrail KİV-in məlumatına görə, şirkət artıq öz məhsulunu Azərbaycana göndərib.
İsrailin hərbi şirkəti Azərbaycanda nümayəndəliyini açıb
Oxşar xəbərlər