İki jurnalist terrorun qurbanı oldu

Kanadalı jurnalist Hodan Nalayeh Somalidə törədilən terror aktının qurbanı olub.
 
Okay Africa-ya istinadən xəbər verilir ki, "Integration TV"nin qurucusu olan H.Nalayehlə birlikdə həyat yoldaşı, Somalinin Cubaland vilayətinin sabiq maliyyə naziri Fərid Cama Süleyman, həmçinin Somalinin "SBC TV" kanalının müxbiri Məhəmməd Ömər Sahal da həyatını itirib.
 
Qeyd edək ki, terror hücumu ölkənin cənubunda yerləşən hoteldə törədilib. Hadisə nəticəsində azı 10 nəfər qətlə yetirilib, çox sayda insan xəsarət alıb.