FETÖ ittihamı ilə bağlı yeni həbslər var

Barələrində həbs qətimkan tədbiri seçilən 30-a yaxın şəxs saxlanılıb

Türkiyə Silahlı Qüvvələrinin Dəniz Qoşunları Komandanlığında FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) qarşı əməliyyat həyata keçirilib. Türkiyə mediasına istinadən verilən xəbərə görə, barələrində həbs qətimkan tədbiri seçilən 30-a yaxın şəxs saxlanılıb.

Ankara Prokrorluğunun məlumatına görə, 14-ü hələ də vəzifədə olan 29 hərbçidən 26-sı tutulub. Bu şəxslərdən birinin polkovnik olduğu, digərlərinin isə nisbətən kiçik rütbələrə sahib olduğu bildirilir.