Ərdoğanı devirmək istəyənlərin hər birinə 141 il həbs cəzası

Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 İyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Baş Qərargah İdarəsindəki əməliyyatlara dair aralarında "Yurdda Sülh Şurası" üzvlərinin də olduğu 224 müttəhim barəsədində aparılan "Baş Qərargah məhkəməsi" işində qərar açıqlanıb.

Türkiyə mediasına istinadən verilən  məlumata görə, Keçmiş Hava Qüvvələri komandanı və Yüksək Hərbi Şura üzvü, keçmiş ordu generalı Akın Öztürkün də arasında olduğu 17 müttəhimin hər birinə 141 il ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

Qərara görə, müttəhimlərdən Akın Öztürk, Ahmed Özçetin, Əli Osman Gürcan, Bilal Akyüz, Cəmil Turhan, Erhan Caha, Fırat Alakuş, Hakan Evrim, Kubilay Selcuq, Mehmet Dişli, Mehmet Partigöç, Ömər Faruk XHarmancık, Murad Koçyiğit, Mustafa Barış Avıalan, Orkan Yıkılkan, Sinan Sürer, Muhsin Kutsi Barış və Osman Kılıç "Konstitusiyanı pozmaq" ittihamından 1, öldürülən 139 nəfərə görə 139 il, Osman Kılıçdan başqa digər müttəhimlər isə "Prezidentə sui-qəsd" ittihamından ağırlaşdırılmış ömürlük həbsə məhkum ediliblər.

Beləliklə, Kılıç 140, digərlərinin hər biri 141 ilə ağırlaşdırılmış ömürlük həbsə məhkum edilib.

Məhkəmə, FETÖ başçısı Fətullah Gülənin də arasında olduğu fərari 13 müttəhimin dosyesinin ayrıca baxılması qərarlaşdırılıb.