Beynəlxalq məsləhət şirkəti "Mercer” şəhərlərin həyat səviyyəsi reytinqini açıqlayıb.
Reytinq yaşayış şəraiti, istehlak malları ilə təminat, nəqliyyat xidməti, əyləncə imkanları, siyasi, sosial, mədəni mühit, iqtisadiyyatın durumu kimi meyarlara əsaslanır.
Reytinqə görə, Azərbaycanın paytaxtı Bakı 231 şəhər arasında 195-ci yerdə gəlir.
Ermənistanın paytaxtı Yerevan 170-ci, Gürcüstanın paytaxtı Tbilisi 187-cidir.
Yaxın şəhərlərdən İstanbul 130-cu, Moskva 167-ci, Kiyev 173-cü, Minsk 188-ci, Tehran 199-cu, Daşkənd 203-cüdür.
Ən yaşamalı şəhərlər siyahısına Avstriyanın paytaxtı Vyana başçılıq edir.
İsveçrənin Sürix şəhəri 2-ci, Kanadanın Vankuver şəhəri 3-cüdür.
Berlin 13-cü, Stokholm 23-cü, Oslo 25-ci, Helsinki 31-ci, Paris 39-cu, Madrid 46-cı, Vaşinqton 53-cü yerdə göstərilir.
Siyahının sonuncu – 231-ci pilləsində İraqın paytaxtı Bağdad yer alır.
Yaşamalı şəhərlər siyahısında Bakı 195-cidir
Oxşar xəbərlər