ABŞ fələstinlilərə edilən bütün yardımları dayandırdı

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Qərbi Şəriə, Qəzza və İordaniyada yaşayan fələstinlilərə edilən bütün yardımların dayandırıldığını açıqlayıb.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən verilən açıqlamada Fələsti hökumətinin istəyi ilə belə bir qərar alındığı vurğulanıb.

Xatırladaq ki, ötən il baş nazir Rami əl-Hamdallah Fələstinin məhkəməyə verilməsinin qarşısını almaq məqsədilə ABŞ-ın etdiyi yardımların dayandırılması üçün müraciət etmişdi.

Bir müddət öncə Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Ureykat bu barədə açıqlama yayaraq “Məhkəməyə çıxmağımıza səbəb olacaq pulu istəmirik” deyə bildirmişdi.