ABŞ-ın İranla 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra ləğv etdiyi bütün sanksiyalar yenidən qüvvəyə minəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Tramp sosial media hesabında paylaşdığı fotoda “Sanksiyalar gəlir - 5 noyabr” qeydini edib.
Məsələ ilə bağlı açıqlama verən ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İranla əməkdaşlığı davam etdirənlərə də sanksiyalar tətbiq olunacaq, lakin 8 ölkə bu siyahıya daxil edilməyəcək. O, həmin ölkələrin adını hələlik açıqlamayıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə həmin siyahıda Türkiyənin də olacağını elan edib:
“ABŞ-ın İrana sanksiyalarında istisna tətbiq edəcəyi 8 ölkə arasında Türkiyənin də olacağı məlumatını aldıq. Bu qərara görə məmnun olduğumuzu bildirmək istəyirəm”.
İrana qarşı bütün sanksiyalar bərpa edilir - 8 ölkəyə güzəşt ediləcək

Oxşar xəbərlər