Birləşmiş Ştatlarda 10 gün həbsdə qalmış iranlı aparıcı Tehrana qayıdıb.
ABŞ doğumlu Marziye Haşemi yanvarın 23-də azadlığa buraxılıb.
Onu yanvarın 30-da Tehran aeroportunda 100-dən artıq adam qarşılayıb.
Jurnalistin həbsi beynəlxalq jurnalist təşkilatlarını narahat etmiş, Tehranı qəzəbləndirmişdi. İran onun qanunsuz saxlandığını deyir, dərhal buraxılmasını tələb edirdi.
Yanvarın 18-də açıqlanmış məhkəmə sənədlərinə görə, Press TV-nin əməkdaşı olan 59 yaşlı Haşemi şahid kimi saxlanıb, konkret cinayətdə suçlanmayıb. Amma söhbətin hansı işdən getdiyi açıqlanmayıb.
Jurnalisti aeroportda qarşılayanların çoxu qara hicab geyinmiş, əllərində anti-Amerika plakatlar tutmuş qadınlar olub.
"Marziye buraxılıb, Amerikaya ayıb olsun!” plakatların birində deyilirdi.
Haşemi İran üçün çox darıxdığını söyləyib.
Nyu Orleanda Melanie Franklin adıyla doğulmuş Haşemi ailə qurandan sonra İran vətəndaşlığı alıb.
Oğlu onun Tehranda yaşadığını, ildə bir dəfə Birləşmiş Ştatlara getdiyini deyib.
Azadlıq radiosu
ABŞ-da azadlığa çıxmış jurnalist İrana qayıdıb
Oxşar xəbərlər