Niger ABŞ-dən qoşunların çıxarılması planını tələb etdi

Rəsmi Niamey Vaşinqtondan qoşunların çıxarılmasına dair planın təqdim edilməsini gözləyir.

RİA-ya istinadən xəbər verir ki, bu barədə Niger hökumətindəki mənbədən bəyan edilib.

Amerikalıların (Niger) hökumət(in)ə gediş planını təqdim etməsi lazımdır, çünki bu, onların qüvvələridir, məhz onlar burada nələrinin olduğunu bilirlər. Niger bunları bilmir“, – deyə əlavə edilib.

Vurğulanıb ki, ABŞ qoşunları daha Nigerdə təlimlər keçirə, ölkə ərazisində bir yerdən başqa yerə hərəkət edə bilməyəcək. Vaşinqtonla olan sazişin denonsasiyası (ləğvi, pozulması) onların fəaliyyətini bloklayır.

Xatırladaq ki, bir neçə gün öncə Niger rəhbərliyi ABŞ ilə olan sazişin ləğv edildiyini elan edib. Bildirilib ki, sözügedən sənəd Nigerə məcburi şəkildə qəbul etdirilmişdi, ABŞ qoşunlarının bu ölkədəki mövcudiyyəti isə bütün konstitusion və demokratik normaları pozub.

Daha öncə Niger Fransa ilə olan hərbi sazişləri də ləğv edərək fransız qoşunların ölkəni tərk etməsini tələb edib.

 

Az.shafaqna.com