Həbsdə olan iş adamı və sabiq deputat Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Toplum Tv xəbər verir ki, bu gün, noyabrın 1-də Nərimanov rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 3 ay uzadılması ilə bağlı təqdimata baxılıb.
Hakim Xalidə Əlisoy təqdimatı təmin edib.
Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (Xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Növbəti gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bəydəmirli ittihamı rədd edib, onun uydurma olduğunu deyib. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı çıxışlarıdır.
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı