Qarsdan Naxçıvana dəmir yolu çəkilməsi istiqamətində hazırlıqlar gedir.
Gununsesi.info bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Bakı-Tbilisi-Qars dəmir yolunun Qarsdan Naxçıvana uzadılması ilə bağlı düşüncələr yeni deyil. Lakin bunu reallaşdırmaq üçün fürsət olmayıb. Hesab edirəm ki, növbəsi çatdıqca bütün bu kimi planlar reallaşdırılacaq. Hazırda Qarsdan Naxçıvana dəmir yolu çəkilməsi istiqamətində hazırlıqların getdiyi barədə məlumatlıyam”, -deyə səfir qeyd edib.
Erkan Özoral vurğulayıb ki, Naxçıvanın güclənməsi üçün Türkiyə əlindən gələni edir: “Naxçıvanın təkcə İran yox, Türkiyə-Gürcüstan üzərindən Azərbaycanla əlaqə qurması bizim də önəm verdiyimiz məsələdir. İnşallah, ən qısa zamanda bu layihə gerçəkləşəcək”.
Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək
Oxşar xəbərlər