Nardaran kənd sakini Əli Əkbər Bünyatov saxlanılıb. Bu barədə məlumatı onun ailəsi verib. 19 yaşlı gənc aprelin 30-da Sabunçu polis idarəsinin işçiləri tərəfindən saxlanılıb. İnanclı bir neçə gün öncə iş qəzası səbəbindən sınmış qolunun növbəti rentgen müayinəsinə gedərkən yolda polis tərəfindən həbs edilib.
O, bir neçə saat ərzində məhkəmə önünə çıxarılıb və hakim onu “polisə müqavmət” ittihamı ilə 30 sutka inzibati cəzalandırıb.
Yaxınları onun saxlanılmasını Nardaran kəndində siyasi təzyiq maşınının cəmiyyətdə qorxu mühitinin sürdürülməsi kimi qiymətləndirir. Əli Əkbər bir neçə gün öncə iş qəzası keçirib və qolu tamam gibsdədir. Xəstəxanaya getmə səbəbi ilə yola çıxan gəncin polisə hər hansı bir müqavmət göstərməsi göründüyü kimi absurd və məntiqsizdir.
Bundan əlavə Nardaran hadisələri zamanı 7 yaşlı Əli Əkbər atası Rəfail Bünyatov öldürülən zaman onun yanında olub və bu hadisədən ciddi təsirlənib. O gündən kəkələməyə başlayan Əli Əkbər hal-hazırda çox çətin danışır. Ciddi həkim nəzarətində olan gəncin hər hansı bir stress yaşaması onun epilepsiya keçirməsinə səbəb olar deyə ailə hər zaman onu kənar sarsıntılardan qoruyur.
Birdən birə küçədə yeriyərkən səbəbsiz olaraq qolu boynundan asılan dili pəltək gəncin saxlanılması növbəti qanunsuzluğun ortaya qoyulduğu faktdır.
Xatırladaq ki, Əli Əkbər Bünyatov Nardaran hadisələri zamanı öldürülən iki qardaşdan biri Rəfail Bünyatovun oğludur. Atası öldürülən zaman Əli Əkbər də atası ilə birlikdə həyəti tərk erməyə hazırlaşırmış.
Nardaran sakini Əli Əkbər Bünyatov saxlanılıb