Martın 17-də Tbilisidə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil olunmuş, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə Gürcüstan azərbaycanlıları üçün açılmış iftar mərasiminə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) axundları və imamlarının niyə iştirak etmədiklərinə dair BGMİ bəyanat yayıb.
Bəyanatda deyilir:
"Ötən axşam Tbilisi şəhərində Azərbaycan Respublikasının ölkəmizdəki səfirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Milli-Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən birgə iftar süfrəsi təşkil olunmuşdur.
İftar məclisinə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və bir sıra ruhanilər dəvət olunsalar da, onlar səfirliyə məlum olan səbəblərə görə tədbirdə iştirak etməkdən imtina etmişlər.
İmtinanın səbəbi ondan ibarətdir ki, Gürcüstan Müsəlmanları İdarəsinin artıq iki ildir Azərbaycanın şimal qərbində yaşayan gürcü müsəlmanları üçün iftar məclisi təşkil etmək təşəbbüsü ilə etdiyi rəsmi müraciətlərə müsbət cavab ala bilməmişdir. Bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi ilə danışıq aparılsa və əvvəlcədən məlumat verilməsinə baxmayaraq, qeyd olunan təşəbbüsə cavab verməkdən yayınmaqla dəstək göstərilməmişdir.
İftar mərasimi zamanı Azərbaycan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Faiq Quliyev məsələnin mahiyyətindən xəbərdar olduğu halda, Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və ruhanilərini hədəf alan ağır ittiham səsləndirmişdir.
Səsləndirilən bu ittiham qəbuledilməzdir.
Azərbaycan dövləti və ölkəmizdəki səfirliyi ilə mövcud olan xoş münasibətlərin və səmimi əlaqələrin qorunub saxlanılması vacib və təqdirəlayiqdir. Məlum olduğu kimi narazılıq yalnız Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinədir.
Biz bütün sahələrdə davam edən ölkələrarası münasibətləri yüksək qiymətləndirir, daha da inkişafını istəyirik. Yaşasın Gürcüstan və Azərbaycan dostluğu".
Məlumat üçün bildirək ki, martın 17-də Tbilisidə keçirilən “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda iftar proqramında səfir Faiq Quliyev çıxışı zamanı dəvət olunmalarına baxmayaraq tədbirə qatılmayan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) axund və imamlarına etirazını ifadə edib.
Narazılıq yalnız Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinədir