Millimiz Qazaxıstana məğlub oldu

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşıb.

Aktaudakı "BS Arena"da baş tutan görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də "BS Arena"da olacaq.

Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.