Livanlılar Rafiq Həriri hava limanına gedən yolları bağlayıb

Livanın Tehrandan Beyruta uçan təyyarəyə icazə verməməsi Livan xalqının böyük qəzəbinə səbəb olub.

Beyrutda Rafiq Həriri Beynəlxalq Hava Limanının qarşısına toplaşan etirazçılar Hizbullah bayraqları və himnlər səsləndirməklə vəziyyətə etiraz edib, atəş yandıraraq yolu bağlayıblar.

Əllərində “Aeroporta gedən yol İsrailin yolu olmayacaq” yazılmış lövhələr tutan etirazçılar, uçuş tələbləri yerinə yetirilənə və livanlı sərnişinlərin geri qayıtmasına icazə verilənə qədər Rəfiq Həriri Beynəlxalq Hava Limanına gedən yolun bağlı qalacağını bildiriblər.