Partlayışda həlak olanların qohumları və insan haqları təşkilatları BMT-də araşdırma aparmaq üçün müstəqil komitə yaradılmasını istəyir.
Livanın paytaxtı Beyrutdakı liman partlayışından 3 il keçsə də, araşdırma hələ də heç bir nəticə verməyib. Ölənlərin ailələri davamlı olaraq şikayətlərini dilə gətirsələr də, hazırda Livanda baş verən partlayışla bağlı istintaq təcridxanasında şübhəli bilinən yoxdur. 4 avqust 2020-ci ildə Beyrut limanında partlayıcı maddələr olan anbarda yanğın oldu və daha sonra bütün şəhəri sarsıdan çox güclü partlayış baş verdi.
Partlayış nəticəsində 220-dən çox adamın öldüyü, 6500-dən çox insanın yaralandığı, 300 min insanın isə partlayış səbəbi ilə evlərini tərk etdiyi açıqlanıb. Kiprdən eşidilən partlayış Beyrut limanının əhəmiyyətli hissəsinin dağılmasına səbəb olub. Təxminən 43 metr dərinlikdə böyük çuxur yaradan partlayış 3,3 bal gücündə zəlzələ ilə eyniləşdirilib.
Şəhərdəki binaların əhəmiyyətli hissəsinin şüşəsinin qırılmasına səbəb olan hadisə Beyrutda böyük xaos yaradıb. Livanın baş naziri Həsən Diab avqustun 10-da partlayışdan sonra istefa verməli olub. İqtisadiyyatı son illərdə yaşadığı siyasi qarışıqlıqdan ağır zərbə alan ölkə üçün partlayış əlavə yük oldu. İcraçı təbəqənin korrupsiyada ağır ittiham olunduğu ölkədə həyat səviyyəsi aşağı düşüb, həyati əhəmiyyət kəsb edən məhsullarda, xüsusən də benzin və əczaçılıq məhsullarında problemlər yaranıb.
Böyük partlayışla bağlı istintaq bir ildən çox gecikmədən yenidən yanvarın 23-də bərpa edilib. Yanvarın 25-də Livanın Apellyasiya Məhkəməsinin baş prokuroru Qəssan Uvaydat liman partlayışında əvvəllər mühakimə olunan bütün məhbusların “istisnasız” azadlığa buraxılmasını əmr edib.
Livan mətbuatında yer alan xəbərlərdə "ölkədəki siyasi qüvvələrin məhkəmə sisteminə müdaxiləsi nəticəsində istintaqın ləngidiyi" iddia edilib. Keçmişdə partlayışa görə məsuliyyət daşıdığı bildirilən siyasətçilərin toxunulmazlığını parlamentin israrla ləğv etməməsi də istintaqın sağlam şəkildə aparılmamasına əngəl kimi qiymətləndirilir.
Partlayışda təyin olunan müstəntiq hakiminə qarşı ittihamlarla bağlı qərar verəcəyi gözlənilən məhkəmə kollegiyasının istefaya göndərilməsi də prosesin uzanmasına səbəb olub. İstintaq hakiminin partlayış zamanı hökumətə cavabdeh olan siyasətçiləri və təhlükəsizlik işçilərini sorğu-sual etmək istəməsi uzun müddətdir ölkədə mübahisələr yaradıb.
Siyasətçilərlə yanaşı, müstəntiq hakimin dindirmək istədiyi Hizbullah nümayəndələri də ifadə verməyə etiraz ediblər. Beyrutda Ədliyyə binası qarşısında baş verən partlayışda həlak olanların yaxınlarının istintaqın gecikməsinə etiraz olaraq keçirdiyi nümayişlər isə polisin sərt müdaxiləsi ilə yekunlaşıb.
Partlayışda həlak olanların yaxınları və insan haqları təşkilatları, araşdırma aparmaq üçün BMT-də müstəqil komitə yaradılmasını istəyir.
Livandakı liman partlayışından üç il keçdi; hələ də araşdırmalardan heç bir xəbər yoxdur