Jurnalistlərin öldürülməsi ilə bağlı cinayət işi açıldı

Rusiya Federasiyasının İstintaq Komitəsi jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun Mərkəzi Afrika Respublikasında öldürülməsi ilə bağlı cinayət işi açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komitə rəsmisi Svetlana Pyotrenko məlumat verib. O bildirib ki, məlum fakt üzrə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci (öldürmə) maddəsi ilə cinayət işi açılıb. 

Qeyd edək ki, hər üç jurnalist sənədli film çəkilişi üçün MAR-a gediblər. Ancaq onlar nəzarət-keçid məntəqəsində naməlum şəxslər tərəfindən öldürülüblər. Faktı Orxan Camalın keçmiş həyat yoldaşı İrina Qordienko “İnterfaks”a təsdiq edib. İlkin ehtimala görə, onlar soyğunçuluq məqsədilə öldürülüblər.