Bastainfo.com redaktorunun dindirilməsinin beşinci günü

İyulun 13-də Bastainfo.az saytının redaktoru və Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli bütün gün Bakı Şəhər Prokurorluğunda dindirilib. O, ardıcıl olaraq beşinci gündür ki, şahid qismində saatlarla davam edən dindirməyə çağırılır. İstintaq Gəncə hadisələri ilə bağlı nəşrlərlə əlaqədar aparılır.

Bir müddət əvvəl ölkə prokurorluğu bir sıra KİV-ləri, o cümlədən Bastainfo.az-ı terrora çağıran materiallar nəşr etməkdə ittiham edib. Amma jurnalistlər özləri bunu qəti şəkildə təkzib edirlər. 

Turan