Jurnalist Fatimə Mövlamlı saxlanılıb

Daxili İşlər Nazirliyi onun “Meydan TV” işi ilə əlaqəli cinayət işinə görə saxlanıldığını təsdiqləyib.
F.Mövlamlı barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq.
Yaxınlarının vurğulamasına görə, polis F.Mövlanlının yaşadığı evlərində də axtarış aparıb: "Polislər Fatiməgildən guya 2 min avro pul tapıblar. Ailə üzvləri bildirir ki, o pul Fatiməyə məxsus deyil".
Bu, son 8 gün ərzində “Meydan TV işi“ üzrə saxlanılan ikinci jurnalistdir.
Jurnalist Nurlan Libre fevralın 20-də saxlanılıb, 1 gün sonra Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçib.
O da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir.
Artıq bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.